Yevlaxda dəfələrlə yanğın baş verən qamışlıq ərazi qurudulur - FOTO

ÖLKƏ
22:37 / 04.02.2024
469

Yevlax rayonunun Çənlibel yaşayış massivində bataqlıq və qamışlıq ərazinin qurudulması işlərinə başlanılıb.

“Report”un məlumatına görə, Çənlibel yaşayış massivində olan fərdi evlər və çoxmənzilli binaların sakinlər yaşadıqları ərazinin yaxınlığında qrunt sularının yığılması nəticəsində yaranmış qamışlıq və bataqlıq sahədə tez-tez yanğın hadisələrinin baş verdiyini, evlərinə, əşyalarına ziyan dəydiyini, hazırki vəziyyətin onların narahatlığına səbəb olduğunu bildiriblər.

Bu səbəbdən bataqlıq ərazinin qurudulmasına və qamışlığın ləğv edilməsinə köməklik göstərilməsi üçün aidiyyəti qurumlara müraciət ediblər.

Sakinlərin müraciəti nəzərə alınaraq Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd olunan ərazidə yerləşən bataqlığın qurudulması və qamışlığın ləğv edilməsi istiqamətində işlərə başlanılıb.

Hazırda əraziyə torpaq daşınması və daşınmış torpağın texnikalar vasitəsilə yayılması işləri həyata keçirilir.

0