Rüstəm İbrahimbəyovun seçilmiş əsərlərinin təqdimatı da keçiriləcək

MƏDƏNİYYƏT
17:27 / 05.02.2024
436

"Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun 85 illik yubileyi münasibəti ilə kino nəzəriyyəsi və kino tənqidi məqalə müsabiqəsi elan ediləcək".

Bunu Hit.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov deyib. 

Onun sözlərinə görə, yubiley ərəfəsində həmçinin Rüstəm İbrahimbəyovun 2 seçilmiş əsərlərinin təqdimatı da keçiriləcək:

"Bu gün Rüstəm İbrahimbəyovun məzarını ziyarət etdik. Tədbirdə Xalq artistinin yaxınları, ailə üzvləri ilə yanaşı Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Əməkdar incəsənət xadimi, Mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu, AKİ katibləri - Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Xalq artisti Şükufə Yusupova, Əməkdar artist, "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra Bağırzadə və eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak edirdi. Tədbirdə Orxan Fikrətoğlu, Anar və Rasim Balayev onunla bağlı xatirələrini bölüşüb".

Qeyd edək ki, xalq artisti, mərhum kinerejissor Rüstəm İbrahimbəyov 2022-ci ildə martın 10-da dünyasını dəyişib.

Azra

0