Şahzadə Harri və Meqan Markl boşana bilər - KİV

MAQAZİN
19:34 / 06.03.2024
329

Şahzadə Harri və həyat yoldaşı Meqan Markl ayrılıq ərəfəsində ola bilər. 

HİT.az xəbər verir ki, bu barədə “Mirror” yazıb.

Kral eksperti və yazıçı Tom Quinn hesab edir ki, şahzadə Harri krallıq statusunu və titulunu itirərsə, məşhurlar münasibətlərində çətin dövrlə üzləşəcəklər.

"Onlar bilirlər ki, Harrinin yeganə real sərvəti, onun yeganə brend dəyəri kral ailəsinin üzvü olmasıdır. Başa düşür ki, diqqət mərkəzində ola bilmək üçün yaxınları ilə münasibətləri yaxşılaşdırmalı olacaq. Əks halda, amerikalılar ona və bəlkə də Meqana olan marağını itirəcək", deyə Tom Quinn bildirib.

Onun fikrincə, şahzadə Harri kral ailəsinin üzvü kimi nüfuzunu qoruyub saxlamaq və evliliyini pozmamaq üçün qohumları ilə ünsiyyət qurmalıdır.

Samir

0