Amerikanı “silkələyən” Corc Floyd belə dəfn edildi  (FOTO)

DÜNYA
15:36 / 10.06.2020
1667

ABŞ-ın Texas ştatının Hyustan şəhərində mayın 25-də Minneapolisdə polis tərəfindən həbs edilən zaman həlak olan afroamerikalı Corc Flaydın dəfn mərasimi keçirilib.

Floyd böyüdüyü şəhərdə, anasının yanında dəfn edilib. Qapalı keçirilən mərasimə mərhumun yaxın qohumları, dostları və azsayda qonaqlar buraxılıb.   Vida mərasimində, həmçinin hüquq müdafiəçiləri və başda ABŞ-ın eks-vitse prezidenti Co Bayden olmaqla bir neçə siyasətçi də iştirak edib.

Hyustan şəhərinin meri Silvestr Terner 9 iyun tarixini Corc Floyd Günü kimi qəbul olunacağını bildirib.

“Biz Corc Floydun xatirəsini ideal insan olduğuna görə əbədiləşdirmirik. Ona görə ki, əbdiləşdirirk ki, biz hələ də azad nəfəs ala bilirik”, – deyə o, Tvitter səhifəsində yazıb.

1
Modern.az