"Qızlar, belə kişilərlə ailə qurmayın" - Xalq artisti

ÖLKƏ
17:24 / 14.06.2020
1191

"Qızlar, şərəfsizlərlə ailə qurmayın. Onların hansı psixologiyaya aid olduğunu bilmədən özünüzə yaxın buraxmayın".

Bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Aktrisa "15 yaşında qaçırtdı, 9 il sonra yandırdı" başlıqlı yazını paylaşaraq qızlara səslənib:

"Ən əsası isə oğlanı əsəbiləşdirin, onda bütün paxırları açılacaq. Dünya yaranandan qadınlar zorakılığa məruz qalıblar. Əvvəllər qadınlar hər zülmə tabe olurdular, müasir zaman isə onların gözünü açdı. Başa düşdülər ki, cinsiyyətindən asılı olmayaraq hamı eyni hüquqa malikdir. Əks cinsin bəzi cahil, nankor (qeyrətli oğullarımızı çıxmaq şərti ilə) nümayəndələrinin bu xoşuna gəlmir. Onların xəyanəti, şərəfsizliyi qadın tərəfindən rədd edildikdə onlardaki "kişi" eqosu tab gətirmir və belə hərəkətlərə əl atırlar. Bəli, qanunları kişilər yazır (hətta yazılmamışları da). Amma nəzərinizə çatdırım ki, Allah qadını kişiyə əmanət verib. Siz bu əmanətə xəyanət etmisiniz".

0
Axsam.az