Ermənilər Naxçıvan istiqamətində də atəşkəsi pozdu - 5 hektar ərazi yandı

16:55 / 13.07.2020
2267

Düşmən Naxçıvan istiqamətində də atəşkəsi pozuErmənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub.

Müdafiə Nazirliyindən HİT.Az-a verilən məlumata görə, düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.

0