Şəhid general II Fəxri xiyabanda dəfn olunacaq (RƏSMİ)

15:59 / 14.07.2020
1303

Azərbaycan Ordusunun şəhid olan yüksək rütbəli zabiti, general-mayor Polad Həşimov sabah torpağa tapşırılacaq.

Bu barədə HİT.Az-a Müdafiə Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, Polad Həşimovun cənazəsi İkinci Fəxri xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, general-mayor Polad Həşimov bu gün səhər saatlarında Tovuz rayonu istiqamətində döyüş zamanı qəhrəmancasına şəhid olub.

0