NATO ABŞ-ın tənqidlərinə cavab verdi

DÜNYA
13:33 / 30.05.2026
40

NATO Avropası ABŞ-ın müdafiə xərclərinin artırılması ilə bağlı tələblərinə cavab verib. 

HİT.az xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin sədri admiral Covanni Kavodraqone “Bloomberg” agentliyinə açıqlamasında bildirib.

Kavodraqonenin sözlərinə görə, NATO-nun müdafiə inkişaf planı mövcuddur və bu plan üzv ölkələrin müdafiə xərclərini ÜDM-in 5%-i səviyyəsinə çatdırmağı nəzərdə tutur.

Bu açıqlama ABŞ müdafiə naziri Pit Heqsetin Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” təhlükəsizlik forumunda Avropa və NATO-nu sərt tənqid etməsindən sonra verilib.

Heqset çıxışında ABŞ-ın Asiyadakı müttəfiqlərini tərifləyib, Çinlə münasibətlərin sabitliyini vurğulayıb və Qərbi Avropanın da bu modeldən nümunə götürməli olduğunu bildirib.

Kavodraqone qeyd edib ki, hərbi baxımdan NATO-nun Avropa üzvlərinin ABŞ-la birbaşa hərbi qarşıdurma və ya konflikt vəziyyəti yoxdur. O, alyans daxilində koordinasiyanın davam etdiyini vurğulayıb.

ABŞ administrasiyası uzun müddətdir müttəfiqlərdən müdafiə xərclərini artırmağı və regional təhlükəsizlik məsuliyyətini daha çox öz üzərlərinə götürməyi tələb edir.

Son NATO sammitində əksər ölkələr ÜDM-in 3,5%-ini müdafiəyə, əlavə 1,5%-ini isə təhlükəsizliklə bağlı sahələrə ayırmaq barədə öhdəlik götürüb. Almaniya kimi bəzi ölkələr artıq bu istiqamətdə xərclərini artırmağa başlayıb.

Samir
 

0