Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Böyük Britaniyada səfir olan Valeri Zalujni NATO-nun Qara dəniz regionuna dair vahid strategiyaya malik olmadığını bildirib.
HİT.az xəbər verir ki, o, “İnterfaks-Ukrayna” üçün yazdığı məqalədə alyansın regiona yanaşmasını tənqid edərək, NATO-nun Qara dənizi hələ də “Rusiyanın daxili gölü” kimi qəbul etdiyini iddia edib.
Zalujni qeyd edib ki, Qara dəniz regionunun strateji əhəmiyyəti artıq şübhə doğurmur, lakin NATO bu reallığa uyğun vahid hərbi və siyasi yanaşma formalaşdıra bilməyib.
Onun sözlərinə görə, bu boşluq Rusiyaya hərbi imkanlarını genişləndirmək və müxtəlif regionlarda təsirini artırmaq üçün əlavə imkanlar yaradır.
Ukraynalı generalın sözlərinə görə, Moskva mövcud geosiyasi balanssızlıqlardan istifadə edərək öz hərbi gücünü bərpa etməyə və genişlənmə siyasətini davam etdirməyə çalışır.
O, həmçinin vurğulayıb ki, Ukrayna bu prosesləri diqqətlə izləyir və Qərbin daha koordinasiyalı strategiyaya ehtiyacı olduğunu düşünür.
Samir


