Asəf Hacı oğlu Hacıyev "Şöhrət" ordeni ilə təltif edilib.
Hit.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə və elmin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.
Asəf Hacıyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi, Milli Məclisin sabiq üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA həqiqi üzvü, BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiridir. Mayın 29-da onun 75 yaşı tamam olur.

