Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, ABŞ Ukraynanın özünü müdafiə etmək imkanına malik olmasını istəyir.
HİT.az xəbər verir ki, o, bu barədə Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumu çərçivəsində danışıb.
Nazir Vaşinqtonun Kiyevə dəstək göstərmək üçün uyğun yollar tapacağını vurğulayıb.
Bu həftə Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Kiyevdəki hədəflərə qarşı sistemli zərbələrə başladığını bəyan etməsindən sonra ABŞ Prezidenti Donald Trampa yardım xahişi ilə müraciət edib. O, ABŞ liderinə göndərdiyi məktubda Ukraynaya hava hücumundan müdafiə sistemləri və həmin sistemlər üçün raketlərin verilməsini istəyib.
Müraciətin mətni ABŞ-ın "Axios" nəşrinin jurnalisti Barak Ravid tərəfindən "X" sosial şəbəkəsində dərc olunub.
Ukrayna prezidentinin sözlərinə görə, hazırkı silah tədarükü tempi “təhdidlərin real səviyyəsinə artıq uyğun gəlmir”.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri hava hücumundan müdafiə sistemlərinin sursat baxımından ciddi çatışmazlıq yaşadığını bildirmişdi. Volodimir Zelenski isə raket təminatı ilə bağlı vəziyyətin “artıq bundan da pis ola bilməyəcəyini” etiraf etmişdi.
Samir


