Dərman evdə necə saxlanılmalıdır?

SAĞLAMLIQ
16:05 / 22.04.2024
1009

Hər bir dərman vasitəsinin üzərində digər məlumatlarla yanaşı, saxlanma qaydası haqqında da məlumat var.

Lakin çoxumuz bu məlumatı oxumadan dərmanları harda gəldi saxlayırıq. 

Professor, tibbi ekspert Adil Qeybulla Hit.az-a deyib ki, dərmanlar evdə xüsusi ayrılmış şkafda sərin və quru yerdə saxlanılmalıdır. İsti və nəm yerdə dərman saxlamaq olmaz. Çünki dərmanların üzərindəki dərman əlavələri nəmi özünə tez çəkir. Bu zaman dərmanın tərkibi xarab ola bilər: 

“Dərmanların üzərində saxlanma şəraiti yazılır. Yayda bəzən evdə temperatur yüksək ola bilər. Ona görə dərmanlar sərin və quru yerdə saxlanmalıdır. Amma aşağı temperatur tələb olunan dərmanlar soyuducunun alt qatında saxlanmalıdır. İnsanlar buna diqqət etməlidirlər. Vaxtı keçmiş, saxlanma müddəti düzgün olmayan, formasında dəyişiklik əmələ gəlmiş, şişmiş, parçalanmış dərmanların qəbul edilməsi məqsədəuyğun deyil. Bu zaman dərmandan zəhərlənmə və digər mənfi hallar baş verə bilər”.

Sevinc

0