Dırnaqlar təbii və süniliyindən asılı olmayaraq, içində gizlətdiyi bir çox mikroblara görə təhlükə mənbəyi sayılır.
Kiçik yaşlı uşaqlar üçün həmin təhlükə daha yüksək olur, çünki daim əli ağzında olan uşaq çox mikrob udur.
Petiatr Mətanət Əliyeva Hit.az-a deyib ki, uşaqların böyük bir qismi dırnaq yeməyə meyilli olur və həmin vərdiş onlarda yetkinlik yaşına qədər davam edir. Yetkinlik yaşında həmin vərdiş azalmaq əvəzinə daha da artmağa başlayır:
“Zaman keçdikcə ictimai qınaqla üzləşəndə həmin vərdişdən əl çəkirlər. Uşağı bu vərdişinə görə danlamaq, qorxutmaq və ağlatmaq yolverilməzdir. Kiçik yaşlı uşaqların vahiməli və qorxulu filmləri izləməsi, dava-dalaşlı hadisələrdə iştirakı onlarda həyəcan yaratdığına görə təhlükəlidir və həmin həyəcan dırnaq yeməyə səbəb olur”.
Həkim onu da əlavə edib ki, dırnaq yemək pis vərdiş olmaqla yanaşı, əlavə xəstəliklərin yaranmasına da səbəb olur, əsəb gərginliyi keçirənlər zaman-zaman dırnaq yeməyə adət edir. Dırnaq yemək bəzən onları rahatlaşdırır, gərginliyi azaldır, amma bununla yanaşı orqanizmə müxtəlif xəstəliktörədən mikrobların daxil olmasına şərait yaradır.
Sevinc