Səkkizayaqlı, midyə, kalmar və krevet yüksək miqdarda sink, selen, maqnezium və asan həzm olunan zülal ehtiva etdiyinə görə kişilərin sağlamlığının qorunması üçün faydalı ola bilər.
HİT.az xəbər verir ki, bu barədə qastroenteroloq və hepatoloq Sergey Vyalov “Telegram” kanalında məlumat verib.
Həkimin sözlərinə görə, xüsusilə sink mühüm əhəmiyyət daşıyır. O, testosteronun istehsalında iştirak edir və spermanın keyfiyyətini dəstəkləyir. Selen hüceyrələri zədələnmədən qorumağa kömək edir, maqnezium isə sinir sisteminin və qan dövranının normal fəaliyyəti üçün vacibdir.
Dəniz məhsullarının tərkibindəki zülal hormonların sintezi üçün əsas mənbələrdən biridir. Orqanizmdə zülalla qəbul edilən amin turşularından spermatogenezin əsas tənzimləyicisi olan testosteron sintez olunur.
Vyalov dəniz məhsullarını müntəzəm olaraq rasiona daxil etməyi, təzə və ya keyfiyyətli şəkildə dondurulmuş məhsullara üstünlük verməyi tövsiyə edib. Bununla yanaşı, həkim çox miqdarda duz və konservant ehtiva edən məhsullardan həddindən artıq istifadə etməməyi məsləhət görüb.
Dəniz məhsulları həmçinin tam dəyərli zülal mənbəyidir və orqanizmin zəruri mikroelementləri qida vasitəsilə qəbul etməsinə imkan verir.
Lakin həkim xatırladıb ki, dəniz məhsullarının öz-özlüyündə testosteron səviyyəsini artırmaq və ya reproduktiv sağlamlıqla bağlı problemləri müalicə etmək xüsusiyyəti yoxdur. Kişinin sağlamlığı ümumi qidalanmadan, həyat tərzindən və mövcud xəstəliklərdən asılıdır.
Samir


