Aktyor Fikrət Məmmədov vəfat etdi

MƏDƏNİYYƏT
16:57 / 05.04.2021
1645

Kinoaktyor Fikrət Məmmədov vəfat edib.

Bu barədə APA-ya aktyor Namiq Ağayev məlumat verib.

O, F. Məmmədovun artıq dəfn olunduğunu deyib.

F. Məmmədov 1956-cı ildə Bakıda anadan olub. Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. O, “Axırıncı reys”, “Bağlı qapı”, “Cin mikrorayonda”, “Əlaqə”, “Fəryad”, “Park”, “Yaramaz” və başqa filmlərdə çəkilib.

Qeyd edək ki, F. Məmmədov "Azərbaycanfilm"in film direktoru Əli Məmmədovun oğludur.

Allah rəhmət eləsin!

0