Əməkdar artist Yusif Mustafayev qeyri-adi açıqlaması ilə diqqət çəkib.
Aparıcı Nanə Ağamalıyevanın "Günün sədası" proqramına qonaq olan sənətçi, evliliyindən və həyat yoldaşından danışıb. Əməkdar artist həyat yoldaşını çox sevdiyini və onunla heç vaxt ayrılmaq istəmədiyini bildirib:
“Evlənəndə 23 yaşım var idi. Lakin həyat yoldaşımın bir yaşı çatmırdı. Mən də toya hazırlaşmışam, bütün hazırlıqlar görülmüşdü. Sonra dedilər ki, həyat yoldaşının bir yaşı çatmır, buna görə səni tutacaqlar. Həmin vaxt biri elə toy etmişdi. Onun həbs etmişdilər.
Bir il sonra gəlin gətirdim. Allahdan ölüm istəmişəm, yoldaşım məndən bir saat qabaq ölsün. Mən rahat olum. Allah məni ondan ayırmasın”.
Qeyd edək ki, Əməkdar artistin 3 övladı var. Sənətçi müğənni Elçin Hüseynovun bacısı ilə evlidir.