Xalq artistinin xatirə gecəsi keçiriləcək

MƏDƏNİYYƏT
11:35 / 08.09.2023
584

Xalq artisti, professor Mobil Əhmədovun xatirəsinə həsr olunmuş gecə keçiriləcək.

Hit.az xəbər verir ki, tədbir sentyabrın 10-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. 

“Ustadın yolu ilə” adlı gecədə onun ifa etdiyi nəğmələr Mobil Əhmədovun davamçısı Ramil Qasımov, Xalq artisti Fidan Hacıyeva, Əməkdar artist İnarə Babayevanın ifasında səslənəcək.

Qeyd edək ki, gecəni Gəncə Filarmoniyasının Kamera orkestri və estrada kollektivi ifa edəcək, həmçinin Əməkdar artist Nərgiz Əliyeva müşayiət edəcək.

Azra

0