Cavanşir Quliyevin əməliyyatı uğurla bitib

15:13 / 12.02.2024
440

Cavanşir Quliyev əməliyyatı uğurla bitib.

HİT.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib.

"Cavanşir Quliyevin yaxınlarından xoş xəbər gəldi, əməliyyat uğurla keçib, hər şey yolundadır", deyə Vəsilə Vahidqızı bildirib. 

Qeyd edək ki, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub. 

0