Cavanşir Quliyev vətənə döndü: "Çox zəif və halsızam"

MƏDƏNİYYƏT
12:48 / 27.02.2024
520

Xalq artisti, bəstəkar Cavanşir Quliyev vətənə dönüb.

Bu barədə Hit.-az-a onun özü məlumat verib. Bəstəkar Azərbaycana fevralın 25-də döndüyünü vurğulayıb:

"Xəstə adam necə olar? Ağır əməliyyat keçirmişəm, çox zəif və halsızam. Müalicə davam edir. Amma yaxşı olacağıma inanıram".

Cavanşir Quliyev əməliyyatdan sonra ona baş çəkənlərdən də söz açıb:

"Dostlarımdan mənə baş çəkənlər var, amma elələri də var ki, hələ gəlməyiblər".

Qeyd edək ki, bir müddət öncə Xalq artisti Cavanşir Quliyev Türkiyədə səfərdə olarkən səhhətində problem yaranıb. Həkimlər onun beyninə qan sızdığını bildirmişdi. 

Xatırladaq ki, bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu dəstək verib. Bəstəkar Türkiyədə ağır əməliyyat keçirib, beyninə 4 stend qoyulub.

Azra 

0