Xalq artisti: "Yubiley qabağı çox həyəcanlıyam"

MƏDƏNİYYƏT
17:44 / 06.03.2024
572

Xalq artisti Naibə Allahverdiyevanın martın 10-da yubiley tamaşaçı ke çiriləcək. “Gerçəkləməyən arzular” adlı bu tamaşada  aktrisa 4 obraz canlandıracaq.

Hit.az-a açıqlama verən aktrisa bildirib ki, çox həyəcan keçirir:

“O qədər stress içindəyəm. Evdən bayıra çıxmağım gəlmir. Səhnələr arasında mənə cəmi 3 dəqiqə zaman verilib. Bu vaxt ərzində qrimim, libasım dəyişməli, özüm yeni obraza uyğunlaşmalıyam. Üstəlik çətin səhnələr çoxdur və mənim ayağımda uzun müddətdir problem var.  Sanki ilk dəfə səhnəyə çıxacam. Çox qorxum və həyəcanım var”,- deyə o qeyd edib.

“Rejissor Nicat Kazımov bu əsərdə məni  sözün yaxşı mənasında “incitdi”. Masaya çıx, yıxıl, dur. Təsəvvür edirsinizmi mənim Cülyetta olaraq, tərəf müqabilim, Romeom 18 yaşlı oğlandır. Tamaşaçını inandırmaq lazımdır”,- deyə o qeyd edib.

Murad

0