Orxan Mərdan: "Bizim komediya ustalarımız türklərdən qat-qat üstündür"

MƏDƏNİYYƏT
14:52 / 13.03.2024
812

Kinorejissor Orxan Mərdanın çəkdiyi “Səma ilə görüş” filmi izləyicilərin  böyük marağına səbəb olub.

Filmdə baş rollarda indiyə qədər komik obrazlarda görməyə alışdığımız aktyorlar çəkiliblər.

İlkin Həsəni, Rəfail İskəndərov kimi  komediya ustalarının dramatik bir filmdə çox ciddi obrazlarda çəkilməsi rejissor tapıntısıdır. 

Bəs o  bu seçimin uğursuz olmasından çəkinməyib?

Hit.az-a açıqlama verən Orxan Mərdan bildirib ki, azərbaycanlı komediya ustaları türkiyəli komediya ustalarından qat-qat güclüdürlər:

“Bizim aktyorların çoxu komediyada tanınıblar. Komediyada çəkilib deyə onu ömür boyu bu janrda çəkməlidirlər, o fərqli obraz yarada bilməz deyə bir şey yoxdur. Tamaşaçı tanıdığı, inandığı və sevdiyi aktyorları hər şəkildə qəbul edir. Yetər ki, o oynadığı obrazı düzgün yaratsın”- deyə o bildirib.

Murad

0