Anar Rzayev: "Layiq olmasalar, mükafat verməzdik"

MƏDƏNİYYƏT
16:06 / 14.03.2024
779

Bu gün yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın ad günüdür. 

Hit.az ailəsi olaraq yazıçını doğum günü münasibəti ilə təbrik edib, ona xoş arzularımızı çatdırdıq.

Ömrün 86-cı ilində hansı arzusu, diləyi var? Ömrə, günə baxışı nədir, bilmək istədik.

Anar Hit.az-a verdiyi açıqlamada bildirdi ki, daha həyatdan çox gözləntisi, arzusu yoxdur.

Son zamanlar YB-nin gənc şair və yazıçılara xüsusi qayğısı hiss olunur. Çoxlu sayda mükafat və ev alan gənclər var. Görəsən Anar bu  mükafatları gənclərə stimul olsun deyə verir? 

Xalq yazıçısı bu sualımıza cavab olaraq belə dedi:

“Layiq olmasalar, mükafat verməzdik, layiqdirlər ki, alıblar. Amma gəncliyə stimul da vermək lazımdır. Yazıçılar Birliyi bu mənada az iş görmür”.

Murad

 

0