“Məryəm” “Uzak Şehir”dən ayrıldı, yeni seriala çəkiləcək

MƏDƏNİYYƏT
10:11 / 13.07.2026
218

Türkiyənin “Kanal D” telekanalının reytinqləri alt-üst edən serialı “Uzak Şehir”də daha bir şok ayrılıq yaşanıb.

Hit.az xəbər verir ki, ekran işində “Məryəm” obrazına həyat verən Ceren Monayla da yollar ayrılıb.

O, yeni mövsümdə layihədə çəkilməyəcək. Aktrisa yeni başlayacaq “Düğünümüz var” serialı ilə anlaşıb. Ceren Monay yeni mövsümün ən iddialı layihələrindən olan ekran işində “Aybüke” obrazına həyat verəcək.

Qeyd edək ki, adıçəkilən serialın ssenarisini oxuma məşqlərinə bu gün start veriləcək. “Star” telekanalında yayımlanacaq layihədə 26 ulduzun rol alacağı deyilir.

Pərviz

0