Tək səsimizlə döyüşmürük, həm də əsgərik - Babək Niftəliyev

MƏDƏNİYYƏT
20:22 / 14.07.2020
1235

"Biz qarabağlı xanəndələr ehtiyatda olan əsgərlərik. Bu gün səsimizlə, musiqimizlə səhnədə erməni ilə mübarizə aparırıqsa, sabah da cəbhədə vuruşacağıq".

Bunu tanınmış muğam ifaçısı Babək Niftəliyev deyib. Xanəndə Tovuzda düşmənlə döyüşməyə hazır, könülllü əsgər olduğunu bildirib.

"Qarabağ problemi bizim yaralı yerimizdir. Mən bir qarabağlı olaraq, həmişə xarici ölkələrə səfərlərimizdə Qarabağ şikəstəsini, Sarı Gəlini oxuyuram. Çünki o zallarda mənfur düşmənlərimiz əyləşir. Bizi izləyirlər ki, görək bunlar nə iş görür. Bu, mənim musiqi siyasətimdir.

Erməni arvad kimi yerli əhaliyə, mülki vətəndaşa güllə, bomba atır. Bu kişilyə sığan iş deyil. Kişi olan kəs uşağa, qadına güllə atmaz. Bineyi qədimdən biz içimizdən yıxmağa çalışıblar".

N.Niftəliyev qeyd edib ki, bu gün biz xanəndələr hərbçilərimizin yanındayıq: "Tək səsimizlə döyüşmürük, həm də ehtiyatda olan əsgərik. Bu dəqiqə tovuzlu da, bakılı da qarabağlı sayıllır. Bizim 20 faiz torpağımız işğal altındadır. Ordumuz ehtiyac görərsə, sadə vətəndaşlar da onlara qoşulacaq. Tovuzda yaşayanlarla əlaqə saxlayıb vəziyyəti öyrənirəm. Müdafiə Nazirliyinin yaydığı videolardan görünür ki, ermənilərin silah bazaları, texnikaları darmadağın edilib.

Aprel döyüşlərində şəhidlər verdik. Onların qisasını alıb irəliləmək lazımdır. Onlar bizim ölməz, əziz qardaşlarımızdır. Bu qan yerdə qalmamalıdır. Ya məhv olmalıyıq, ya da Qarabağa qovuşmalıyıq".

 

0
Azvision.az