Türkiyəli məşhur aktyor Ali Düşenkalkarın yeni layihəsi bəlli olub.
Hit.az xəbər verir ki, sənətçi “Mehmed: Fetihler Sultanı” serialında çəkiləcək.
O, layihənin 4-cü mövsümündə rol alacaq. 65 yaşlı aktyor ekran işində “Mehmed Paşa” obrazına həyat verəcək.
Qeyd edək ki, Ali Düşenkalkar karyerası ərzində “Hanımın Çiftliği”, “Dila Hanım”, “Aşk ve Mavi”, “Muhteşem Yüzyıl: Kösem”, “Kayıtdışı”, “Gönül Dağı”, “Ömer” və “Cennetin Çocukları” kimi iddialı seriallarda çəkilib.
Pərviz


