Türkiyənin “TRT1” telekanalının reytinqləri alt-üst edən serialı “Taşacak Bu Deniz”dən qalmaqallı şəkildə ayrılan Onur Dilbərin yeni layihəsi bəlli olub.
Hit.az xəbər verir ki, aktyor yeni başlayacaq “Hamal” serialında çəkiləcək.
O, ekran işində “Həsən” obrazına həyat verəcək. Adıçəkilən layihənin baş rollarında Oktay Kaynarca, Fahriye Evcen və Erdal Özyağcılar kimi məşhurlar çəkilir. “Hamal” yeni mövsümdə “ATV”-də yayımlanmağa başlayacaq.
Pərviz


