İki iddialı serialın baş rolları BƏLLİ OLDU

MƏDƏNİYYƏT
10:16 / 21.08.2026
213

Türkiyədə yeni mövsüm öncəsi iki serialın baş rolunun kim olacağı aylardır müzakirə olunurdu.

Hit.az xəbər verir ki, söhbət “Teşkilat” və “A.B.İ.”dən gedir.

Hər iki serial uzun müddətdir baş rol üçün aktrisa axtarışında idi. Gündəmlərinə çox sayda məşhur gəlmiş, bəziləri isə təklifləri rədd etmişdi. Sentyabrda davam edəcək seriallar arasında baş rolları bəlli olmayan yeganə seriallarda məhz onlar idi. Lakin uzun müddət aparılan axtarışdan sonra hər iki ekran işinin qadın baş rolu bəlli olub.

“Teşkilat” bir neçə aktrisa ilə görüşsə də, seçimini Bensu Soraldn yana etdi. Gözəl sənətçi yeni mövsümdə Tolga Sarıtaşın partnyoru olacaq. O, karyerası ərzində “Tatlı Küçük Yalancılar”, “İçerde”, “Cam Tavanlar” və “Tuzak” kimi seriallarda çəkilib.

“A.B.İ.”nin baş rolu isə Bergüzar Korel olacaq. Təcrübəli sənətçi bir müddət öncə ssenarini oxumaq və düşünmək üçün vaxt istəmişdi. Nəhayət, o da təklifi qəbul edib. Beləliklə, yeni mövsümdə adıçəkilən layihənin baş rollarında Kənan İmirzalioğlu və Bergüzar Korel çəkiləcək. Onlar, 2012-2015-ci illərdə “Karadayı” serialında da tərəf müqabili olublar.

Pərviz

0