Amerikalı ekspert Paşinyanın dünənki feyk çıxışından yazdı

SİYASƏT
11:01 / 30.09.2020
1097

Qarabağ münaqişəsi üzrə ekspert, ABŞ-ın EurasiaNet.org portalının şərhçisi Coşua Kuçera özünün "Twitter" səhifəsində Ermənistanın baş naziri Nikol Paşinyanın dünən axşam “Rossiya 1” telekanalının “60 dəqiqə” proqramında “suriyalı muzdluların Azərbaycana gətirilməsi” haqda danışıb. Paşinyan deyib ki, onun aldığı məlumata görə artıq suriyalı muzdlular Azərbaycanın cəbhəboyu yaşayış məntəqələrində yerli əhali ilə qarşıdurmaya giriblər, toqquşma olub.

Coşua Kuçera yazır ki, Paşinyan bu informasiyanı feyk-mənbədən götürüb. O, ermənilərin özlərinin Azərbaycana qarşı feyk xəbərlər paylaşmaq üçün qurduqları “freeazerbaijan.info” adlı sayta istinad edir. Hansı ki, həmin yalan məlumat iki gün əvvəl bu saytda yerləşdirilmişdi...

0
Virtualaz.org