“Türkiyənin Azərbaycana köməyini iddia etmək lazım deyil” - Peskov

15:00 / 30.09.2020
1315

“Türkiyə Dağlıq Qarabağdakı münaqişədə iştirakını rəsmən elan etməyib, bu səbəbdən onun Azərbaycana kömək etdiyini iddia etmək lazım deyil”.

 “İzvestiya” qəzetinin məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hərbçilərimiz təmas xəttindəki (Dağlıq Qarabağda –red.) vəziyyətin inkişafını çox yaxından izləyir. Hərbi əməliyyatların davam etdiyi yerlərdə bütün məlumatlar diqqətlə təhlil edilir”, -deyə Kreml rəsmisi jurnalistlərə açıqlamasında qeyd edib.

0
“Qafqazinfo”