Ermənilərin polkovniki ağır yaralandı - Polkovnik-leytenantı məhv edildi

09:49 / 09.10.2020
2580

Dünən həyata keçirilən hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılıb. 

HİT.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Qeyd edilib ki, nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi polkovnik Samvel Qriqoryan ağır yaralanıb, alayın artilleriya rəisi polkovnik-leytenant Arman Dermeyan və xeyli sayda hərbi qulluqçu məhv edilib.

 

0