Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, nazir Adil Kərimlinin əmri ilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəzifəsindən azad olunaraq Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.
Vüsal İbrahimov iki ilə yaxın idi ki, bu vəzifədə çalışırdı.
Quba-Xaçmaz Regional idarənin rəisi vəzifəsini müvəqqəti olaraq müavini Fuad Orucov əvəz edir.


