\"Ermənistanın silahlandırılması işğalçıya dəstəkdir\"

10:55 / 19.10.2020
925

ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsini 30 ildir həll etmirdi.

HİT.Az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Bakıda jurnalistlərlə görüşündə deyib.

M.Şentop bildirib ki, Minsk qrupunun həmsədr ölkələri Ermənistana silah yardımı edir:

“Ermənistan işğalçı bir dövlətdir. Onun silahlandırılması işğalçıya olan dəstəkdir. Azərbaycan haqq yolundadır, ədalət yolundadır. Biz də haqlı olaraq Azərbaycanın yanıdayıq”.

0