Azərbaycan və Pakistan XİN başçıları görüşüb

SİYASƏT
17:30 / 13.01.2021
774

Pakistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

HİT.Az-ın xəbərinə görə, bu barədə Pakistanın XİN başçısı “Twitter” hesabından bildirib.

Şah Mahmud Qureyşi bildirib ki, Azərbaycan Pakistanın əzəli dostu və tərəfdaşıdır.

“İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Azərbaycan və Pakistan regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir”, - deyə Pakistanın XİN rəhbəri bildirib.

 

 

0