Azərbaycan Avropanı böyük bəladan xilas etdi – Hacıyeva detalları açıqladı

SİYASƏT
14:13 / 10.11.2021
3576

“Bu region insan alveri, orqan alveri, narkotranzitdən tutmuş terror tranzitinə qədər hər cür çirkli daşınmalara vəsilə olub”.

Bunu Hit.az-a açıqlamasında siyasi ekspert Yeganə Hacıyeva deyib.

Hacıyevanın sözlərinə görə, region 30 il ərzində nəzarətsiz region kimi hər cür çirkli daşınmalara vəsilə olub:

"Bildiyimiz kimi, Azərbaycan bu günlərdə 44 günlük Vətən müharibəsinin ildönümünü qeyd edir. Və 44 günlük Vətən müharibəsi günlərində biz 30 il işğal altında olan torpaqlarımızı işğaldan azad etdik. Bu, Azərbaycanın BMT tərəfindən tanınan beynəlxalq hüquqla təmin olunan sərhədləri çərçivəsində ərazilərini bərpa etmək aktdan kənarda, öz milli, mədəni bağlılığı olan torpaqlara qayıtmaqdan kənarda, həm də regional təhlükəsizlik və sülh üçün bir zəmin formalaşdırdı. Məsələ ondadır ki, region 30 il ərzində nəzarətsiz region kimi hər cür çirkli daşınmalara vəsilə olub. Bu region insan alveri, orqan alveri, narkotranzitdən tutmuş terror tranzitinə qədər hər cür çirkli daşınmalara vəsilə olub. İşğal altında olan torpaqlarımız Yaxın Şərqdən və Mərkəzi Asiyadan gələn çirkli daşınmalar üçün Avropaya tranzit rolunu oynayır. Həmçinin İranın da öz mallarını rüsumsuz olaraq Avropa və Rusiyaya çatdırmaq üçün yol olub. Bir sözlə, bizim torpaqlarımızı işğaldan azad etməyimiz necə ki, hələ torpaqlarımızı işğaldan azad etməmişdən öncə 2017, 2018 və 2019-cu illərdə bu bölgə üçün çox aktiv narkotranzit bölgə olduğunu daxili medyada qeyd edirdik”. 

O bildirdi ki, birmənalı olaraq Azərbaycan sadəcə özümüz üçün deyil, həm də Avropanın təhlükəsizliyi üçün bu işlər görüb:

“Şəxsən mənim bu istiqamətdə bir neçə yazılarım olub. Bu yazılar da beynəlxalq təhlükəsizlik və narkotranzitin izlənməsi mərkəzlərinin hesabatlarına əsasən idi. O hesabatları və buradakı sübutları əsas götürərək belə bir idea irəli sürürdük.Və daha sonra da bu özünü təsdiqlədi. Bir sözlə, Avropanın təhlükəsizliyi üçün hədə olan məqamlardan bir neçəsini məhz 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə bu tranzitləri də bağladıq. Çünki narkotikanın yekun ünvanı Avropa idi, bundan avropalı uşaqlar, avropalı insanlar istifadə edirdi. Terror məhz yenə də Avropaya buradan ixrac olunurdu. Məsələn:radikal, dini, milli, faşist dəyərlər üzərində formalaşan terror ixracı, silah daşınması və.s. Bir sözlə, torpaqlarımızı işğaldan azad etməyimiz regionda sülhdən, təhlükəsizlikdən əlavə, həm də Avropanın təhlükəsizliyi üçün bir töhvə idi. Və Azərbaycan bunu öz hərbi, iqtisadi potensialı ilə, şəhidləri ,qaziləri hesabına təmin etdi. Birmənalı olaraq biz sadəcə özümüz üçün deyil, həm də Avropanın təhlükəsizliyi üçün bu işləri görmüşük. Buna nümunə olaraq: Bu günlərdə Azərbaycanda keçirilən səkkinci qlobal humanitar Bakı formunda Böyük Britaniyanın baş naziri Boris Conson onlayn formatda müraciətində qeyd etdi ki, Aəzrbaycanın öz torpaqlarını işğaldan azad etməsi həm də Avropaya gələn narkotranzit yolunu kəsdi. Bu, bizim "qlobal oyunçular" adlandırdığımız ölkələrin rəsmilərindən eşitdiyimiz fikirlərdir. Bütün bunlar məsələnin faktiki tərəfidir. Digər məsələ isə torpaqlarımızı işğaldan azad etməyimizə dirəniş göstərən dairələrin olması idi. Onlar daha öncə sadaladığım silah alverinin, narkotranzitin və.s kimi nəqliyyatı həyata keçirən dairələr və onların təsir edə biləcəyi siyasi və hərbi dairələr idiki, dirənişlər göstərirdi. Müasir dünyada siyasətin tərkib hissələrindən biri də müxtəlif lobbi qrupların  bu və ya digər siyasiləri lobbiçilik üsulları ilə ,müxtəlif üsullarla öz təsir əhatəsinə salmasıdır. Məsələn, Avropada bu tip çirkli daşınmaları həyata keçirən dairələrin, həm də siyasi, hərbi, iqtisadi və hüquqi dairələrdə özlərinin havadarları olur. Onlar öz müdafiəçilərini bu dairələrdə də təşkil edirlər.Maliyyə olunca bu maliyyənin hesabına bu tip işləri görmək olur. Və qeyd etdiyim kimi, bu çirkli daşınmaları həyata keçirənlərin havadarları Avropa qurumlarından, Avropa Şurası qurumlarından, Avropanın digər ölkələrindən və nəhayət erməni lobbi qrupu bizə cavab verməyə çalışırdılar. Biz də onların bu günə qədər davam edən dirənişlərinin, yəni bu prosesə bir formada təsir etmə cəhdlərini hələ də izləməkdəyik. Məsələn:Avropa Şurası öz tarixində birinci dəfə çox qısa müddət üçün Azərbaycanın milli maraqlarının əleyhinə iki mövzunu müzakirəsinə götürüb. Onlardan birinin artıq  məruzəçisi təyin edilib, digərinin məruzəçisinin təyin edilməsi isə zaman məsələsidir”.

Xanım politoloq qeyd etdi ki, Azərbaycanın haqlı işində dəstək olan ölkələr hazırda da bu addımını atmaqda davam edirlər:

“44 günlük Vətən müharibəsində bizim əleyhimizə olan qüvvələrlə yanaşı yanımızda olaraq, bizə mənəvi dəstək verərək bizimlə eyni cəbhədən çıxış edənlər də var idi. Bizim istər informasiya sahəsində, istər beynəlxalq təşkilatlarda, istər BMT-də, istər Qoşulmama Hərəkatında və.s platformalarda yanımızda olanlar var idi: Qardaş Türkiyə, Böyük Britaniya, İzrail, İtaliya, İslam Əməkdaşlıq Təşkilatı və.s. Oktaybr ayında hələ biz torpaqlarmızın çox az hissəsini işğaldan azad etmişdik. Artıq onlar BMT Təhlükəsizlik Şurasına qətnamə çıxarmağa çalışırdılar ki, Qarabağda əməliyyatlar qeyir-şərtsiz dayandırılsın. Bu mövzunun BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması haqda vetonu daimi üzvlərdən biri olan Böyük Britaniya qoyub. Qeyd etdiyim kimi Böyük Britaniya bizim yanımızda olan ölkələrdən biri idi. Türkiyə Milli Müdafiə nazirinin Bakıda səsləndirdiyi fikirlərə gəlincə, bu fikri heç bir halda ancaq Türkiyənin Milli Müdafiə nazirinin nitqindən səslənmiş kimi qəbul etmək lazım deyil. Bu mesaj təkcə Türkiyənin mesajı deyil, həmçinin yuxarıda sadaladığım, bizi dəstəkləyən qüvvələrin və daha təhlükəsiz Avropa , daha təhlükəsiz dünya istəyən sağduyulu, yəni düzgün düşünən Avropa qurumlarının, dünyanın fikirləridir. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bu gün 8 noyabr Şuşanın işğaldan azad edilməsi ilə bağlı bəyənat verib. Bu bəyənatda da təxminən Hulusi Akarın səsləndirdiyi ilə eyni fikirləri səsləndirib. Bu fikirlər sadəcə Türkiyə Milli Müdafiə naziri və Azərbycan Xarici İşlər nazirinin Ermənistana mesajı deyil, onlar, həmçinin reallıqda həyata keçirilməyə çalışan ssenarilər haqqında məlumatlı dairələrin mesajıdır. Bu bir faktdır ki, Ermənistan tərəfini silahlandırmağa çalışanlar var. Bu gün Azərbaycan Xarici İşlər naziri bunu qəti olaraq qeyd edib”.

Nahidə Əmiraslanova /Hit.Az

0