SİYASƏT
15:06 / 16.09.2022
134

Milli erməni revanşızmi faşizmə bərabərdir

Bildiyiniz kimi, cari ilin sentyabr ayının 13-də ermənistan silahlı qüvvələri azərbaycan-Erməstan sərhədinin Zəngilan, Laçın, kəlbəcər və Daşkəsən rayonlarının sərhəd bölgələrinə təcavüz edib və döyüş nəticəsində ordumuz 71 şəhid verib. Allahdan şəhidlərimizə rəhmət, Qqazilərimizə acil şəfa diləyirik. Təəssüf ki, həmişəki kimi, bu dəfə də özünü müxalifət hesab edən bir ovuc yerli və xarici ölkələrin qoltuğuna sığınan “sapı bizdən olan baltalar” vayşivən qopararq haylardan daha çox hay olmaq istəmişlər.

Artıq bütün dünya bilir ki, rəsmi İrəvanın yürütdüyü revanşist siyasəti manipulyasiya bir alətidir. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi Erməistan öz revanşist niyyətlərindən əl çəkmir. Regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan bir maşa kimi, Qafqazda maraqları olan dövlətlər tərəfindən gərginliyin yaradılması üçün istifadə olunub.

Qloballaçan müasir dövrdə “Sülh” ali və ümumbəşəri bir dəyər olduğu üçün, beynəlxalq təşkilatlar rəsmi İrəvanını sülhə dıvıt etməlidir. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır. Təəssüf ki, bir çox dünya dövlətləri bu məsələyə ikili standartlar sistemi ilə yanaşırlar. Yanaşmaların fərqliliyi bir daha Azərbaycanın üstünlüyünü, habelə ölkəmizin beynəlxalq hüquq və normalarına sadiqliyini təsbit edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə regionda sülh çağırışları etməsinə baxmayaraq. rəsmi İrəvanın Ermənistanda revanşizm əhvalının dəstəkləyir. Bu faktla ədalətli mövqedən və beynəlxalq hüququn normalarından çıxış edən Azərbaycan tərəfdaş ölkələrinin sayının artmasında maraqlıdır. Beynəlxalq ictimaiyyət sülhə və tərəqqiyə dəvət edən Azərbaycan ilə, beynəlxalq terror və yeni münaqişələr üçün zəmin yaradan, habelə millətçilik əhvalı yayan Ermənistan arasında seçim etməlidir.

Dünya Erməistanı hərbi cinayətkar və terrorçu ölkə kimi tanımalıdır. 13 sentyabr tarixində baş vermiş təxribat bir daha rəsmi İrəvan tərəfindən mina xəritələrinin Azərbaycana təhvil verilməməsi məsələsini aktuallaşdırır. Xəritələrin verilməməsi Ermənistanın hərbi hücumlarını asanlaşdırdığı halda, Azərbaycan üçün əksinə, müdafiənin təşkilini əsaslı şəkildə çətinləşdirir. 13 sentyabr tarixində baş vermiş təxribat və Ermənistanın siyasi-hərbi rəhbərliyinin bütün digər təxribatları Avropanın enerji təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunun azaldılmasına hesablanıb.

Bəzi dövlətlər tərəfindən Ermənistanın “forpost” ölkəsi statusu yenə də aktuallaşır. Sülh sazişinin imzalanmasından qaçan rəsmi İrəvan Qafqazdakı öz forpost statusunu bir daha təsdiqləyir. Sonuncu təxribat bir daha söbut edir ki, rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktları ehtimalını daha da artırır. Ermənistana dəstək göstərən və təxribatlara göz yuman ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti kimi qəbul olunmalıdır.

Bu ilin 27 iyun tarixində Prezidenti İlham Əliyev Kəlbəcər rayonunda komando hərbi hissəsinin açılışında demişdir ki: “Bu gün dünyada güc amili ön plandadır, beynəlxalq hüququn norma və prinsipləri işləmir.” Belə ki, 13 sentyabr tarixində yaşanmış insident bir daha onu göstərir ki, Prezident İlham Əliyevin hərbi quruculuq istiqamətində atdığı addımlar müstəsna əhəmiyyətə malikdir. 13 sentyabr tarixində baş vermiş və rəsmi İrəvanın digər təxribatları bir daha onu göstərir ki, qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qaytarılması prosesində tələsmək olmaz. Bu proses Prezident İlham Əliyev dediyi kimi: “planlı şəkildə həyata keçirilməlidir”.

Cari ilin 13 sentyabr tarixində yaşanmış insident ATƏT-in Minsk Qrupunun dirçəltməsinə xidmət edən simulyasiyadır. 13 sentyabr tarixində yaşanmış hadisələr bilavasitə siyasi motivli hərbi təxribatdır.

Bu faktlar bir daha göstərir ki, Ermənistan öz təxribatlarından əl çəkmir və bilrəkdən atdığı bu təxribatçı addımlar kənardan alınan sifarişlər əsasında həyata keçirilir. Sizinlə həmin revanşist qüvvələrin arasında hansı fərq qaldı ay bizim mili revanşistlərimiz?

İbrahimova Gülzar İsaxan qızı, Avrasiya Universitetinin Elmi işlər üzrə prorektoru, siyasi elmlər üzrə elmlər doktoru, professor

0