"Rəşadətli ordumuz təkcə vandal ermənilərə qarşı deyil, onu himayə edən bütün güclərə qarşı savaşda qalib çıxdı"

SİYASƏT
09:00 / 27.09.2022
878

Bu gün qəhrəmanlıq tariximizin anım günüdür.

İki il öncə igid Silahlı Qüvvələrimiz erməni təcavüzünə son qoymaq və torpaqlarımızı işğaldan azad etmək üçün Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə döyüşə başladı. 44 gündə böyük qəhrəmanlıq nümayiş etdirərək 200 il himayə etdikləri dövlətlərin hərtərfli yardımı ilə üzərimizə gəlib torpaqlarımızı zaman - zaman işğal edib özünün qondarma dövlətini yaradan erməni faşizminə ağır, sarsıdıcı və ölümcül zərbələr vuruldu. Torpaqlarımız işğaldan azad edildi. Azərbaycanın hərb tarixinə qızıl hərflərlə möhtəşəm səhifələr yazıldı. Yeni reallıq yaradan rəşadətli əsgər və zabitlərimiz təkcə vandal ermənilərə qarşı deyil, onu himayə edən bütün güclərə qarşı savaşda qalib çıxdı. Çoxsaylı Şəhidlər verdik. Bu gün həmin Şəhidlərin anım günüdür. Onların axıtdığı qan torpaqlarımızı müqəddəsləşdirdi. Xalqımız yaşadıqca torpaq və Vətən uğrunda Şəhid olan hər bir Vətən övladı genetik yaddaşımızda, ruhumuzda, qəlbimizdə əbədi olaraq yaşayacaqdır. 
 
Uca Tanrıdan bütün Şəhidlərimizə rəhmət diləyirəm. Vətən Savaşında böyük igidlik göstərib sağlamlıqlarını itirən qazi övladlarımıza can sağlığı arzu edirəm.
 
Fəzail Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri. 
27 Sentyabr 2022 - ci il

0