Naxçıvanda nazir və müavini işdən çıxarıldı, yeni nazir təyin edildi

15:17 / 17.01.2023
913

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri və müavini işdən çıxarılıb.

Qaynarinfo-nun məlumatına görə, Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-leytenant Abdullayev Şamı İsmayıl oğlu, nazirin müavini general-mayor Kərimov Hikmət Kərim oğlu vəzifəsindən azad edilib.

Polkovnik Mirzəyev Şahin Əyyub oğlu Naxçıvan MR fövqəladə hallar naziri təyin olunub.

Qeyd edək ki, Mirzəyev Şahin Əyyub oğlu Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin rəisi olub. 16.04.1968-ci ildə Naxçıvan Muxtar Respublikasında dünyaya gəlib. Azərbaycan Texniki Universitetini bitirib.

Ailəlidir, 2 övladı var.

0