İlham Əliyevlə Paşinyan arasında ikitərəfli görüş keçirildi - YENİLƏNİB

15:52 / 17.02.2024
255

Fevralın 17-də Münxendə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts ilə görüşü olub.

Hit.az xəbər verir ki, sonra Olaf Şoltsun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü olub.

14.41

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüş başa çatıb.

HİT.az  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

İkitərəfli görüşdən öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birgə görüşü keçirilib.

13.52

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.

HİT.az xəbər verir ki, görüş Almaniya Kanslerinin təşəbbüsü ilə baş tutur və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilir.

0