Tanınmış aktyor, film və tamaşalarda yüzlərlə maraqlı obraz yaratmış Rəşad Səfərovun dərs zamanı səhhətində qəfil problem yaşayıb.
HİT.az xəbər verir ki, aktyorun dərs prosesi zamanı ürək çatışmazlığı keçirdiyi və təcili tibbi yardıma ehtiyac yarandığı bildirilir. Hadisə zamanı onun yanında olan tələbələri aktyoru dərhal xəstəxanaya çatdırıblar.
Rəşad Səfərov şəhərdəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Aktyorun saytımıza verdiyi məlumata görə, dərsdə güclü stress keçirib və halı pisləşib.
Hazırda vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.
Aktyor bildirib ki, həkimlərin nəzarəti altındadır və səhhəti ilə bağlı daha dəqiq məlumatın sabah veriləcəyi gözlənilir.
Qeyd edək ki, Rəşad Səfərov Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşıdır.


