Yens Stoltenberq Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırdı

SİYASƏT
13:54 / 19.03.2024
338

Azərbaycan və Ermənistanın hazırda dayanıqlı sülhə nail olmaq imkanı var.

HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.

Yens Stoltenberq rəsmi Bakı və İrəvanı sülh sazişi imzalamağa çağırıb:

“Hər iki ölkəni münasibətləri normallaşdırmağa və bu iki xalq üçün dayanıqlı sülhə yol açan razılaşma əldə etməyə çağırıram”.

0