XİN başçıları Brüsseldə regionda sülhməramlı səyləri müzakirə etdi

SİYASƏT
16:47 / 21.03.2024
258

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında qeyd edilib.

Nazirlər çoxşaxəli strateji ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrini müzakirə edib, regional sülh quruculuğu səylərinə toxunublar.

0