“Yürüş səhv addım idi, provakasiya idi” - Mirşahin

SİYASƏT
09:42 / 15.07.2020
5741

“Yürüş səhv addım idi. Provakasiya idi. Qaragüruhun idarə olunmazlaşacağı bəlli idi. Meydan Tv, Azad Söz və s. "tv"-lər ortaya elə belə çıxmamışdılar! "Orduya dəstək vermək!"- bu indi evdə oturmaq, sms-lə icazə almadan küçəyə çıxmamaq, maska taxmaq, sosial məsafə saxlamaq olmalıdır!”.

Bunu Real TV-nin rəhbəri Mirşahin Ağayev deyib. O bildirib ki, küçələrə çıxıb milləti risk altına atmaq olmaz:

“DTX yəqin ki, gecə baş verənləri dərindən araşdıracaq, bütün yerli "qaponlar" qanun qarşısında cavab verəcəklər! 90-92-nin xaosunun nəfəsini birdəfəlik kəsməliyik və kəsəcəyik! Şəhidlərimizin qarşısında baş əyirik. Amma dövlət qarşısında başıaşağı olmağı heç kimə arzulamıram!”.

19
Yenisabah.az