Azərbaycanda Avropa dərmanları satılmır? - Aptekdən cavab

SOSİAL
18:11 / 06.06.2023
434

Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycan dərman bazarı ilə bağlı diqqət çəkən fikirlər bildirib. Deputat qeyd edib ki, Avropa dərmanları Azərbaycan bazarından çıxıb.

Həddindən artıq baha qiymətə satılan Avropa dərmanlarını yerli bazardan sıxışdırıb çıxardan səbəb nədir?

HİT.az bunun səbəbini paytaxt apteklərində axtarıb.

“Elite” apteklər şəbəkəsindən Hit.az-a verilən məlumata görə, hazırda Azərbaycan dərman bazarında Avropa dərmanları üstünlük təşkil edir:

“Dərmanların adı kimi qiyməti də müxtəlifdir. Kim desə ki, Azərbaycan dərman bazarından Avropa dərmanları çıxıb yalnışlıq olar. Kifayət qədər Avropadan gətirilən olunan dərmanlarımız var”.

Azra

 

0