Krakovda "Novruz Bayramı" tədbiri keçirilib

SOSİAL
23:58 / 27.03.2024
494

XarıBülbül Dünya Azərbaycanlıları Assosiasiyası və Krakov Mədəniyyət Mərkəzinin dəstəyi ilə Krakovda "Novruz Bayramı" tədbiri keçirilib.

Azərbaycan himni ilə başlayan tədbir assosiasiya rəhbərliyinin salamlaması ilə davam edib.

Krakovda yaşayan Azərbaycan icmasının istedadlı gəncləri öz rəqs çıxışlarını nümayiş etdirdiyi tədbirdə həmçinin xalq mahnıları və Novruz bayramına aid olan mahnıları səsləndirib.

Bayram abu-havasına uyğun olaraq, boyalı yumurta toqquşdurması, keçəl və kosa tamaşası, Novruz bayatılarının səsləndirilməsi, fala baxma və adət ənənəyə uyğun olan digər səhnəciklər icma tərəfindən nümayiş etdirilib.

Musiqili programla davam edən tədbirin sonunda qonaqlar tonqal ətrafında toplanıb , yallı gedərək, tədbiri sonlandırıblar.

0