Gəlirlərin azaldığı, xərclərinsə artdığı indiki dönəmdə qənaət məsələsi hər bir ailədə aktuallaşıb.
Amma nələrə və necə qənaət edilməlidir ki, gündəlik normal yaşamı təmin etməklə bərabər ailə büdcəsini də qoruyub saxlamaq mümkün olsun sualı hər kəsi düşündürür.
Sosioloq Fatimə Hacıbəyli Hit.az -a deyib ki, sərfəli qənaət üçün ilk növbədə ailə büdcəsinin daha çox nəyə sərf olunduğunu öyrənmək lazımdır. Ən çox xərclənən istiqamətləri müəyyən etmək üçün nəyə və nə qədər pul ayrıldığını araşdırmaq lazımdır:
"Kommunal xərclərə baxıb mümkün qədər işıq, su və qaza qənaət etmək olar. Mobil və internetə çəkilən xərcləri də azaltmaq lazımdır. Hər ailə gəlir-çıxarını müəyyənləşdirməlidir. Əsasən yaşam üçün vacib maddi nemətlərə üstünlük verilməlidir".
Sosioloq onu da əlavə edib ki, cəmiyyətdəki proseslər, iqtisadi vəziyyətlə əlaqədar bütün riskləri nəzərə alıb hətta böhran olmadığı vaxtda belə insanlar öz xərclərinə diqqət yetirməlidir. Çünki israfçılıq nə kasıba, nə də varlıya yaraşır.
Sevinc