Rusiya xarici işlər naziri Sergey Lavrov “Sama Menşova” internet layihəsinə müsahibəsində Qara dənizdə gəmilərə zərbələrə moratorium tətbiqinin həyata keçirilməsinə nəzarət etməyin mümkün olmadığını bildirib.
HİT.az-ın məlumatına görə, Lavrov xatırladıb ki, Ukrayna rəsmiləri qışı keçirə bilməyəcəklərini söyləməyə başladıqdan sonra ölkə Türkiyədən Qara dənizdə gəmilərə zərbələrə moratorium tətbiq etməsini istəyib.
"Onlar türkləri Qara dənizdə mülki mallar daşıyan gəmilərə hücumlara Rusiya-Ukrayna moratoriumunun tətbiq olunmasına inandırdılar. Bunu nəzarətdə saxlamaq mümkün deyil. Bu, üç il əvvəl, BMT-nin Baş katibi Antonio Quterreşin qəbul etməyi təklif etdiyi Qara dəniz təşəbbüsü olanda baş verdi və biz onu qəbul etdik", deyə Lavrov bildirib.
Sentyabrın 3-də Ukraynanın Türkiyədəki səfiri Nariman Celal Türkiyənin Rusiya və Ukraynanın Qara dənizdə gəmilərə hücumlarına moratorium tətbiq edilməsində və taxıl daşınmasının bərpa olunmasında “həlledici rol” oynaya biləcəyini deyib.
Samir


