Kişi müəllimlərə məktəbə necə qaytaraq?

SOSİAL
21:36 / 14.03.2025
85

Bu gün ölkənin ümumtəhsil məktəblərində fəaliyyət göstərən müəllimlərin əksər hissəsini qadınlar təşkil edir. Kişilərin sayı isə ildən ilə azalır.

Təhsil eksperti Nadir İsrafilov Hit.az deyib ki, orta məktəblərdə kişi müəllimlərinin sayı 1990-cı ildən etibarən azalmağa başlayıb: 

"O dövrdən etibarən kişi müəllimlərin kütləvi şəkildə məktəbdən uzaqlaşması müşahidə olunur. Bu gün ölkənin orta məktəblərində fəaliyyət göstərən ibtidai sinif müəllimlərinin 99 faizini qadınlar təşkil edir. Kişi ibtidai sinif müəllimi demək olar ki, yoxdur. Ayrı-ayrı fənlər üzrə kişi müəllimlərin də sayı qadınlara nisbətən azdır.Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Hətta idman dərslərin belə qadınlar keçir. Belə olan halda da burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olur. Qarşılıqlı ünsiyyətdə onların özünə məxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görür. Bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir. Bütün bu sadalanları nəzərə alaraq mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Uşaqların güclü vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə ehtiyac var”.

Sevinc

0