9 May - Faşizm üzərində Qələbə Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.
Bu barədə Hit.az-a “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, mayın 10-dan etibarən isə vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. Bazar günü "ASAN kommunal" mərkəzlərində qeyri-iş günüdür.


