Sumqayıt Dövlət Universitetində (SDU) yeni təyinat olub.
İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı rektor Nurəli Yusifbəyli müvafiq əmr imzalayıb.
Əmrə əsasən, texnika elmləri doktoru, dosent Hüseynqulu Quliyev Rektor Müşaviri təyin olunub.
Qeyd edək ki, H.Quliyev uzun müddət “Azərenerji” ASC-nin Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda direktor müavini vəzifəsində çalışıb. O, 2021-ci ildən Azərbaycan Texniki Universitetində Energetika və Avtomatika fakültəsinin dekanı vəzifəsində fəaliyyət göstərib.


