Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkələrində əhalinin bir nəfəri orta hesabla ayda 549 manat 20 qəpik xərcləyib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, xərclənən vəsaitin 54,1%-i və ya 297 manat 20 qəpiyi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,9%-i və ya 252 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Müqayisə üçün qeyd edək ki, ötən il pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 550 manat 20 qəpik xərcləyib və bu vəsaitin 300 manat 30 qəpiyi ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 249 manat 90 qəpiyi isə qeyri-ərzaq mallarının alınmasına sərf edilib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən illə müqayisədə bu il əhalinin pərakəndə ticarət şəbəkələrində ərzaq məhsulları, içkilər və tütün məmulatlarına xərclədiyi vəsait azalıb.


